Modern.az

Hökumət kifayət qədər qənaətbəxş işləyir - Putin

Hökumət kifayət qədər qənaətbəxş işləyir - Putin

26 May 2023, 17:10

"Yerli iş adamlarının əksəriyyəti əməli ilə göstərdi ki, onların maraqları məhz Rusiya ilə bağlıdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"İxraca dəstək tədbirlərinin yalnız 2024-cü ildə deyil, həm də 2025-ci ildə uzadılmasına icazə verilib. Rusiya təkcə daxili bazarda özünü bağlamamalıdır. Dövlətin biznesin inzibati yükünü azaltmağa davam edəcəyik. Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası öz miqyasına və perspektivlərinə görə əsl gələcəyin bazarıdır. Rusiya nə istədiyini bilir və böyük resurslara malikdir. Rusiyanın yaxşı gələcəyi var. Rusiya iqtisadiyyatının ortamüddətli perspektivdə problemləri var, lakin hakimiyyət onları görür. Rusiya Federasiyası hökuməti kifayət qədər qənaətbəxş işləyir", - o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi