Modern.az

Özdağa yox, Kılıçdaroğluna baxırıq - HDP həmsədri

Özdağa yox, Kılıçdaroğluna baxırıq - HDP həmsədri

Dünya

26 May 2023, 17:36

Xəbər verdiyimiz kimi, Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) "Millət İttifaqı"nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu ikinci turda dəstəklədiyini yenidən təsdiqləyib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP-nin həmsədri Pervin Buldan partiyanın siyasi kursu ilə ziddiyyət təşkil edən Zəfər Partiyasının sədri Ümit Özdağla Kılıçdaroğlu arasında əldə olunmuş razılaşmalara münasibət bildirib.

 

"Ümit Özdağın irqçi və faşist ritorikasına baxmırıq. Bizim üçün əsas olan Kılıçdaroğlunun dedikləridir. Özdağla protokol imzalamış ola bilərlər. Biz Kılıçdaroğlunun sözlərini əsas alırıq", - o deyib.

 

Qeyd edək ki, HDP və Zəfər Partiyası arasında əsas fikir ayrılıqlarından biri seçilmiş bələdiyyə sədrlərinin vəzifədən kənarlaşdırılması halında onların yerinə bələdiyyə məclisində yeni sədrin seçilməsi, yaxud inzibati təyinatla kadrların gətirilməsi məsələsidir.

Bu xəbər ilə bağlı
HDP və YSP ikinci turla bağlı qərarını açıqladı - YENİLƏNİB
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı