Modern.az

Yermakla Kalın danışıqlar apardı

Yermakla Kalın danışıqlar apardı

Dünya

26 May 2023, 17:46

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, Yermak bu barədə tviter səhifəsində paylaşım edib.

 

"İbrahim Kalınla telefon danışığı apardım. Kalın G7 sammitinin uğuru münasibətilə təbrik etdi. Prezident Volodimir Zelenskinin sülh formuluna dəstəyini müzakirə etdik. Taxıl sazişi ilə bağlı Türkiyənin öncüllüyü qeyd olundu. Türk xalqına dəstəkləri üçün təşəkkür etdim", - deyə o yazıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir