Modern.az

Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləmədilər

Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləmədilər

Dünya

28 May 2023, 00:55

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı 11-ci sanksiyalar paketinə iki dövlət qarşı çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

 

Bildirilir ki, Yunanıstan və Macarıstan sanksiyalar paketini dəstəkləməyib.

 

Məlumata görə, yeni qərarı bir neçə Yunanıstan şirkətinə qarşı sanksiyaları nəzərdə tutur. Yunanıstan hakimiyyəti sanksiyalar deyil, araşdırma tələb edib.

 

Yeni paket Rusiyaya sanksiyalardan yayınmağa kömək edən şirkətlərə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Bunun üçün Ukrayna hakimiyyəti “müharibənin sponsorları” olan şirkətlərin siyahısını tərtib edib.

 

“Politico”nun məlumatına görə, Yunanıstan və Macarıstan şirkətlərinin bəzilərinin sanksiya siyahısından çıxarılmasını istəyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi