Modern.az

Ukrayna İran istehsalı 52 dronu məhv edib

Ukrayna İran istehsalı 52 dronu məhv edib

Dünya

28 May 2023, 09:42

Ukrayna Ordusu ötən gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.

 

Modern.az bu barədə Ukraynanın Hərbi Hava Qüvvələrinə istinadən məlumat verir.

 

“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, məlumata əsasən ötən gecə Ukraynaya rekord sayda kamikadze dronu ilə hücum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi