Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım prezident seçkilərinin ikinci turunda səs verib.
Modern.az xəbər verir ki, Yıldırım səs vermək üçün həyat yoldaşı Semiha Yıldırımla birlikdə Tuzladakı seçki məntəqəsinə gəlib.
O, seçki kabinəsindən gec çıxan həyat yoldaşına "Nə oldu, xanım, qərar verə bilmədiniz?" deyib. AKP rəsmisinin bu sözləri məntəqədə gülüşə səbəb olub.
"Məmləkətimiz, millətimiz üçün xeyirli olsun. Türkiyənin ehtiyacı güvən, istiqrar və təcrübədir. İnşallah bu seçkilərin nəticəsi olaraq, Türkiyənin yüz ilinə əmin addımlarla liderimiz Rəcəb Tayyib Ərdoğanla girəcəyik", - B.Yıldırım deyib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.