Modern.az

Masallıda 10 yaşlı uşağı maşın vurub

Masallıda 10 yaşlı uşağı maşın vurub

Dünya

28 May 2023, 22:34

Masallıda 10 yaşlı uşağı avtomobil vurub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Köçəkli kəndində baş verib.

 

Avtomobil velosipedlə hərəkətdə olan 10 yaşlı Rəşid Mehdi oğlu Mehdiyevi vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Yaralıya sağ bud - baldır nahiyəsində sınıq, üzündə didilmiş yaralar diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi