"CHP sözçüsü ard-arda iki dəfə tələsik açıqlama verdi".
Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
O qeyd edib ki, CHP öz məlumatlarını Türkiyənin məlumatları kimi təqdim edib suyu bulandırmağa çalışır.
"Heç kim balkon çıxışı etməsin" deyir. Bütün prosesdə suyu bulandıran yeganə açıqlama mayın 14-də iki bələdiyyə sədrindən gəldi", - Çelik vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.