Modern.az

Bu gün sevgi qazandı - MHP lideri

Bu gün sevgi qazandı - MHP lideri

28 May 2023, 22:10

Səsvermənin ikinci turu keçirildi və 13-cü prezidentimiz Rəcəb Tayyib Ərdoğan oldu.

 

Modern.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

 

"İki turlu seçkinin ilk nümunəsi yaşandı. Sabitliyimiz və təhlükəsizliyimiz seçki qutusunda qorunurdu. Böhtan və inkar siyasətinə qiymət verilmədi. Türk milləti tarix yazdı. Hər kəs nəticəyə hörmət etməlidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı ürəkdən təbrik edirəm. Bu gün sevgi qazandı. Mayın 28-də keçirilən seçkilərin ölkəmiz, millətimiz üçün xeyirli olmasını arzu edirəm. Ya Rəbb, utandırma",- MHP lideri deyib

 

Partiya sədri qeyd edib ki, bundan sonra Türkiyə əsridir: “Türkiyə üçün yeni dövr başlayır. Cənab Ərdoğana səs verən hər kəsə təşşürümü bildirirəm. Bu seçkilər demokratiya ilə qazanılıb. Bütün dünya demokratiyamızı gördü. Bütün Türk xalqını təbrik edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir