Rusiya qüvvələri Xmelnitskini vurdu - 5 təyyarə sıradan çıxdı

Rusiya qüvvələri Xmelnitskini vurdu - 5 təyyarə sıradan çıxdı

Dünya

29 May 2023, 10:38

Rusiya qüvvələri gecə saatlarında Ukraynanın Xmelnitski vilayətində obyektləri vurublar.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, onlardan biri hərbi obyekt olub.

 

Regional hərbi idarədən verilən məlumata görə, yanacaq-sürtkü materialları və döyüş vasitələrinin saxlandığı anbarlarda yanğın baş verib və hazırda yanğınların lokallaşdırılması istiqamətində işlər aparılır.

 

Bundan əlavə, 5 təyyarə sıradan çıxarılıb, hazırda uçuş-enmə zolağının bərpası işlərinə başlanılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir