Modern.az

“Gürcü Arzusu”ndan Ərdoğana və “Cümhur İttifaqı”na təbrik

“Gürcü Arzusu”ndan Ərdoğana və “Cümhur İttifaqı”na təbrik

Dünya

29 May 2023, 10:54

Gürcüstanın hakim partiyası olan "Gürcü Arzusu" Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində, "Cümhur İttifaqı"nı isə parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

"Türkiyə son illərdə təsirli irəliləyiş əldə edib və bunu seçkilərin nəticələri də təsdiqləyib. Biz həm Türkiyənin, həm də bütün regionun tərəqqisi naminə strateji tərəfdaşa və dost xalqa sülh, sabitlik və firavanlıq arzulayırıq", - partiyanın bəyanatında deyilir.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi