Modern.az

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını aldı

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını aldı

29 May 2023, 10:50

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb.

 

Modern.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb.

 

Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 “Tu-95MC” təyyarə ilə 40 “X-101/X-555” qanadlı raket atıb.

 

Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 “Shahed-136/131” PUA ilə hücum edib.

 

Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və 35 PUA-dan 29-unu zərərsizləşdiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi