Modern.az

Türkiyə-İraq sərhədində ZƏLZƏLƏ

Türkiyə-İraq sərhədində ZƏLZƏLƏ

Dünya

29 May 2023, 11:12

Türkiyə-İraq sərhədində zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, Mardin vilayətinin Nusaybin rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə İraqın Sincar, Ninova bölgələrində də hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi