Modern.az

Baş nazir ermənilərin fiziki hazırlığının zəif olmasından narahatdır

Baş nazir ermənilərin fiziki hazırlığının zəif olmasından narahatdır

29 May 2023, 11:50

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə fiziki hazırlığın zəif olmasından narahatdır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu o, parlamentin iclasında söyləyib.

 

"Bu, ölkənin təhlükəsizliyinə problemlər yaradır. Əmək məhsuldarlığı və çağırışçıların xidmətə hazır olması böyüklərin və yeniyetmələrin fiziki vəziyyətindən asılıdır", - Ermənistan baş naziri əlavə edib.

 

"Ona görə də artıq Ermənistanda böyük idman mərkəzləri tikilir", - Paşinyan deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi