Modern.az

Anklavlarla bağlı danışıqlarda bir neçə ssenari var - Erməni nazir

Anklavlarla bağlı danışıqlarda bir neçə ssenari var - Erməni nazir

Dünya

29 May 2023, 12:18

"Bakı ilə anklavlar məsələsinə dair danışıqlarda bir neçə ssenari var".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi-idarəetmə naziri Qnel Sanosyan jurnalistlərə açıqlamasında bildirib.

 

"Məsələ müzakirə olunur və yeri gələndə hüquqi sənədlər mühüm rol oynayacaq. Anklavlarla bağlı məsələyə əminlik gətirmək üçün hüquqi əsaslar lazımdır. Belə ərazilər hər iki tərəfdə var", - nazir deyib.

 

“Təhvil vermək və mübadilə etmək fərqli proseslərdir”, - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi