Ermənistanda qızılcaya yoluxanların sayı 185 nəfərə çatıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 133-ü uşaqdır.
"Yalnız üç nəfər xəstəxanaya yerləşdirilib, daha 98 nəfər artıq xəstəxanalardan buraxılıb", - deyə məlumatda qeyd olunub.