Modern.az

Avropada genişmiqyaslı hərbi təlim BAŞLADI

Avropada genişmiqyaslı hərbi təlim BAŞLADI

Dünya

29 May 2023, 14:40

Finlandiya, İsveç və Norveçdə genişmiqyaslı hərbi təlim başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.


"Arctic Challenge Exercise 23" adlı hərbi hava təlimlərində 3 min hərbçi və 150 ​​təyyarə iştirak edəcək. 

 

Təlimlərdə Danimarka, Niderland, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Çexiya və ABŞ hərbçilərinin də iştirakı nəzərdə tutulur. Manevrlər iki həftə davam edəcək və iyunun 9-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi