Rusiya Ukraynanın Xarkov vilayətinə raket zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
O qeyd edib ki, Kupyanski rayonunun Kovşarovka kəndinə "İsgəndər" ballistik raketi atılıb. Zərbə nəticəsində yataqxana binası, iki fərdi yaşayış evi və qaz xətti zədələnib.
Xarkovun atəşə tutulması nəticəsində ümumilikdə 7 nəfər yaralanıb.