Modern.az

Çindən Ərdoğana seçki təbriki

Çindən Ərdoğana seçki təbriki

Dünya

29 May 2023, 15:42

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ölkəsinin Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi barədə təbrikini çatdırıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, o, Pekinin Ankara ilə münasibətlərə böyük önəm verdiyini deyib.

 

"Biz Türkiyənin milli şərtlərinə uyğun inkişaf yolu tutmasını dəstəkləyirik və ümid edirik ki, Türkiyə prezident Ərdoğanın rəhbərliyi altında öz inkişafında yeni uğurlar qazanmağa davam edəcək. Son illərdə dövlət başçılarının rəhbərliyi altında iki ölkə müxtəlif sahələrdə səmərəli əməkdaşlıq qurmaqla xalqlarımıza fayda verib. Çin Türkiyə ilə strateji əməkdaşlıq əlaqələrini yeni zirvələrə çatdırmaq üçün işləməyə hazırdır”, - sözçü əlavə edib.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi