Modern.az

Ərdoğan ilk xarici səfirini hansı ölkəyə edəcək...

Ərdoğan ilk xarici səfirini hansı ölkəyə edəcək...

Dünya

29 May 2023, 16:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət edilib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

Kalının sözlərinə görə, Ərdoğanın Kişinyovda keçiriləcək sammitə qatılıb-qatılmayacağı hələlik məlum deyil.

 

O, həmçinin vurğulayıb ki, yenidən prezident seçilən Ərdoğan and içdikdən sonra ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edəcək.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi