Modern.az

Rusiyalı azarkeşi Gürcüstanda döydülər - VİDEO

Rusiyalı azarkeşi Gürcüstanda döydülər - VİDEO

29 May 2023, 17:00

Gürcüstan çempionatının 17-ci turunda Tbilisi “Dinamo”su ilə Batumi “Dinamo”su arasında keçirilmiş matçda insident yaşanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubunun fanatları qarşılaşmanı izləyənlər arasında olan rusiyalı azarkeşi döyüblər.

 

Məlumata görə, azarkeşin əynində üzərində Serbiya bayrağı əks edilən Kosovo xəritəsinin təsviri köynək olub. Rusiyalı fanat yerli azarkeşlərə qarşı qeyri-etik jest edib. Bundan sonra azarkeşlərdən biri onun üzünə tüpürüb. Rusiyalı fanat tribunaların altındakı otağa keçib. Ancaq gürcülər onu tutaraq döyüblər.

 

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Ancaq serblər bu ölkənin müstəqilliyini tanımırlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi