Fransanın Yeni Kaledoniya bölgəsində su altında balıq tutmağa çalışan şəxs köpəkbalığının hücumuna məruz qalıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ailə üzvlərindən birinin kömək cəhdinə baxmayaraq, adı açıqlanmayan kişini xilas etmək mümkün olmayıb.
Hadisə bu il ərzində Yeni Kaledoniyada ölümlə nəticələnən ikinci köpəkbalığı hücumudur. Bundan əvvəl fevral ayında 59 yaşlı avstraliyalı turist suda çimən zaman köpəkbalığının hücumu nəticəsində həlak olub.