Modern.az

Ukrayna Ali Radası Gürcüstanın adını DƏYİŞDİRDİ

Ukrayna Ali Radası Gürcüstanın adını DƏYİŞDİRDİ

Dünya

29 May 2023, 19:41

Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib.

 

Modern.az xəbər verir ki, qərara əsasən, rəsmi sənədlərdə, ünsiyyətdə və kütləvi informasiya vasitələrində "Gürcüstan" əvəzinə "Sakartvelo" adlandırılacaq.

 

Qanun layihəsinin təşəbbüskarları “Avropa Həmrəyliyi”, “Qolos”, “Batkivşina” və prezident Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası olub.

 

Qeyd edək ki, bir neçə il əvvəl Litva da analoji qərar qəbul edib və rəsmi sənədlərdə "Sakartvelo" (Gürcülər ölkəsi) adından istifadə edir. Buna cavab olaraq Gürcüstan parlamenti Litvanın adının "Lietuva"ya dəyişdirilməsi haqqında qanun qəbul edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!