Modern.az

Putin Ərdoğanla danışıqlar apardı

Putin Ərdoğanla danışıqlar apardı

Dünya

29 May 2023, 22:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Putin prezident seçkilərinin nəticələrinin Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.

 

Rəsmi məlumatda bildirilib ki, dövlət başçıları yeni dövrdə Türkiyə-Rusiya münasibətlərini və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu