Modern.az

Bayden Ərdoğana zəng vurub təbrik etdi

Bayden Ərdoğana zəng vurub təbrik etdi

29 May 2023, 22:40

ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.

 

Telefon danışığı Baydenin təşəbbüsü ilə baş tutub. O, Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

 

Liderlər yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir