İsrail Prezidenti Ərdoğanla DANIŞDI

İsrail Prezidenti Ərdoğanla DANIŞDI

29 May 2023, 23:14

İsrail Prezidenti İsxak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Hersoq Ərdoğanı seçkidəki qələbə münasibətilə təbrik edib. O, seçki nəticələrinin türk xalqı üçün xeyirli olmasını arzulayıb.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidən Şok görüntülər