Modern.az

Kosovoda 41 NATO hərbçisi yaralandı

Kosovoda 41 NATO hərbçisi yaralandı

30 May 2023, 00:46

Mayın 29-da Kosovoda serblərlə NATO qüvvələri arasında baş verən qarşıdurmada Alyans qüvvələrinin 41 hərbçisi yaralanıb. 

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumatlı mənbələrə istinadən bildirib.

 

İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, yaralanan NATO əsgərləri arasında 11 italiyalı da var.

 

Toqquşmalar ötən həftə Serb partiyalarının boykot etdiyi seçkilərin keçirildiyi Zveçan bələdiyyəsində baş verib.

 

Hadisədən sonra həmvətənlərinə müraciət edən Serbiya Prezidenti Aleksandr Vuçiç 52 yaralı serb olduğunu açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu