Modern.az

Moskvada partlayışlar - Mer PUA ilə hücum edildiyini deyir

Moskvada partlayışlar - Mer PUA ilə hücum edildiyini deyir

Dünya

30 May 2023, 08:56

Moskva meri Sergey Sobyanin şəhərə pilotsuz uşuş aparatları (PUA) ilə hücum edildiyini iddia edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

 

Mer PUA hücumu nəticəsində şəhərdə itki olmadığını qeyd edib. Məlumata görə, hücum mayın 30-da səhər saatlarında baş verib.

 

Onun sözlərinə görə, PUA hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib. O əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir.

 

Bundan əvvəl teleqram kanallarında Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verdiyini bildirib.

 

Rusiya hakimiyyətinə yaxın "Baza" teleqram kanalı yazıb ki, Moskva yaxınlığındakı Odintsovo sakinləri partlayış səsləri barədə məlumat verirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı