Modern.az

Ərdoğanla Mehmet Şimşek arasında görüş olub

Ərdoğanla Mehmet Şimşek arasında görüş olub

30 May 2023, 10:57

Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan və sabiq maliyyə naziri Mehmet Şimşek arasında görüş baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən yazıb.

 

Əsas müzakirə mövzusu ilə bağlı detallar məlum olmasa da, Şimşekin AKP-nin seçki vədlərində yeni iqtisadiyyat idarəetməsinə rəhbərlik edəcəyi yer alırdı.

 

Xatırladaq ki, oxşar görüş mart ayında da olmuşdu. AKP-nin qərargahında baş tutan görüşdən sonra Şimşek aktiv siyasətə qayıtmağı düşünmədiyini açıqlamışdı.

 

Şimşek AKP hakimiyyətinin ilk illərindəki iqtisadi siyasətin həmmüəlliflərindən hesab olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir