Sloveniya spikeri Ermənistandadır - Görüşlər keçirəcək

Sloveniya spikeri Ermənistandadır - Görüşlər keçirəcək

30 May 2023, 11:38

Sloveniya parlamentinin sədri Urşka Klakoçar-Zupançiç Ermənistana səfər edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan sosial şəbəkələrdə bildirib.

 

Məlumata görə, spiker artıq paytaxt İrəvandadır.

 

Bildirilib ki, onun Ermənistan prezidenti Vahaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşü gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir