Modern.az

Özdağ: 2 ildən sonra yenə seçki olacaq - MHP ilə əməkdaşlıq edə bilərik

Özdağ: 2 ildən sonra yenə seçki olacaq - MHP ilə əməkdaşlıq edə bilərik

Dünya

30 May 2023, 11:55

"Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək".

 

Modern.az xəbər verir ki, bunu İYİ Partiyadan qopmuş ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ "Halk TV"nin efirində qonaq olarkən deyib.

 

"Bu seçkilərin 2 il üçün olduğunu düşünürəm. Hökumət 5 il davam gətirməyəcək. Bələdiyyə seçkilərindən sonra yenidən ümumi seçkilər üçün təqvim başlayacaq", - o bildirib.

 

Özdağ 2024-cü ilin əvvəllərində baş tutacaq bələdiyyə seçkilərindən də danışıb.

 

"Milliyyətçi liqadan söhbət gedir. Məsələn, yerli seçkilərdə X bir namizədi biz, İYİ Partiya və MHP hansısa vilayətdə eyni namizədi dəstəkləyə bilərik. Bir az çətin olar, bilmirəm, amma ola bilər. Eyni şey MHP ilə də ola bilər", - Özdağ əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?