"Ukrayna Moskvaya PUA hücumlarında iştirak etmir".
Modern.az xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Bizi süni zəka dövrünə doğru irəliləyirik, bəlkə də heç də bütün dronlar Ukraynaya hücum etməyə hazır deyil. PUA-lar onları düzəldənlərin yanına qayıdıb “bizi niyə Ukraynaya göndərirsiniz?” sualını vermək istəyirlər. Öz etdiklərinin nəticəsidir”, - deyə o söyləyib.
Qeyd edək ki, Rusiya tərəfi səhər tezdən Moskva şəhərinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığını iddia edir.