İran prezidenti İbrahim Rəisi və Türkiyənin yenidən seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, İran prezidenti Ərdoğana zəng edib. O, Türkiyə prezidentini yenidən seçilməsi münasibətilə təbrik edib.
Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə mövzusu olub.