Ermənistanın ərazi-idarəetmə naziri Qnel Sanosyan Şimal-Cənub magistralının İrandan Gürcüstan sərhədinə qədər tikintisi ilə bağlı danışıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, nazir bu barədə parlamentdə bildirib.
O, bir qədər gecikmə olduğunu vurğulayıb.
"Kreditorla - Asiya İnkişaf Bankı ilə təşkilati məsələlərdə fikir ayrılıqları olduğu üçün Sisian-Qacaran bölməsi fəaliyyətsizdir. Hazırda müzakirələr davam etdirilir", - Sanosyan əlavə edib.