Modern.az

79 hərbçinin cəsədi Ukraynaya təhvil verildi

79 hərbçinin cəsədi Ukraynaya təhvil verildi

30 May 2023, 16:47

Mayın 30-da Ukrayna ilə Rusiya arasında növbəti dəfə hərbçilərin cəsədlərinin mübadiləsi prosesi baş tutub. Ukraynaya 79 hərbçinin cəsədi təhvil verilib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

 

“Bu gün 79 ukraynalı müdafiəçinin cəsədlərinin qaytarılmasına nail olundu”, - deyə məlumatda bildirilir.

 

Məlumdur ki, həlak olan hərbçilərin meyitləri müvəqqəti işğal altında olan ərazilərdən mübadilə edilib. Cəsədlər lazımi səviyyədə dəfn olunmaq üçün doğmalarına təhvil veriləcək.

 

Qeyd edək ki, martın sonunda Ukraynaya həlak olan hərbçilərin 83 meyiti qaytarılıb. Dörd gün bundan əvvəl isə Ukrayna ərazisinə Rusiya əsirliyində olan 106 döyüşçünün salamat qaytarılmasına nail olunub. Onlar Baxmut istiqamətində əməliyyatlarda iştirak edirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi