Modern.az

Sunak ABŞ-a gedir - Ukrayna müzakirə ediləcək 

Sunak ABŞ-a gedir - Ukrayna müzakirə ediləcək 

30 May 2023, 21:34

Böyük Britaniyanın Baş naziri Rişi Sunak gələn həftə Vaşinqtona səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

O, ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparacaq. Liderlər Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.

 

"Sunak gələn həftənin çərşənbə və cümə axşamı günləri Vaşinqtonda olacaq, Bayden, Konqres üzvləri və ABŞ biznes liderləri ilə görüşlər keçirəcək", - məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi