Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hökumət köhnə tərkibdə sonuncu dəfə toplaşacaq.
İclas sabah Ankara vaxtı ilə saat 15.30-da başlayacaq. Toplantının gündəliyi açıqlanmayıb.