Modern.az

Stoltenberq Ərdoğanla danışıqlar apardı 

Stoltenberq Ərdoğanla danışıqlar apardı 

30 May 2023, 23:15

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Stoltenberq özünün "Twitter" hesabında yazıb.

 

O, Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edib.

 

“Vilnüsdə keçiriləcək NATO zirvə görüşünün əsas məsələlərini, Ukraynaya dəstəyimizi gücləndirməyi və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik” - Stoltenberq qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi