Türkiyədəki son seçkilərdə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu Qalatasaray futbol klubunu qələbə münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.
"Super Liqa çempionu olan Qalatasaray camiəsini ürəkdən təbrik edir, Çempionlar Liqasında uğurlar diləyirəm", - o qeyd edib.
Bu, Kılıçdaroğlunun seçkilərdən sonra atdığı ilk tvit olub.
Süper Lig Şampiyonu olan @GalatasaraySK camiasını yürekten kutluyor, Şampiyonlar Ligi'nde başarılar diliyorum.
— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) May 30, 2023