Liderlər Ukraynada bir araya gələcək

Liderlər Ukraynada bir araya gələcək

31 May 2023, 14:21

Ukrayna və müttəfiqləri sülh formulu sammiti keçirməyə hazırlaşır. Sammitdə Rusiyadan başqa müxtəlif ölkələrin liderləri iştirak edəcək. 


Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.


Nəşr Ukrayna prezidentinə və avropalı diplomatlara yaxın mənbələrə istinad edib.

 

Bildirilib ki, tədbir NATO-nun Vilnüs sammitindən əvvəl baş tuta bilər. "İndi yalnız görüş planlaşdırılır, lakin sammit bəzi Avropa liderləri tərəfindən dəstəklənib", - xəbərdə deyilir.

 

Sülh sammitinin vaxtı və digər detallar hələlik məlum deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü