Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Moldovaya gedib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işgüzar səfəri zamanı o, 31 may-2 iyun tarixlərində Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək.
Burada Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan prezidenti arasında görüş də nəzərdə tutulub.