Modern.az

Erbakanın oğlu atasına xəyanət etdi - Karamollaoğlu

Erbakanın oğlu atasına xəyanət etdi - Karamollaoğlu

31 May 2023, 15:50

Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan Səadət Partiyasının sədri Temel Karamollaoğlu partiyanın qurucusu, sabiq baş nazir Necmettin Erbakanın oğlu, bu partiyadan qoparaq ayrıca siyasi partiyaya çevrilən Yenidən Rifah Partiyasının sədri Fatih Erbakanı tənqid edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, F.Erbakanı atasına xəyanət etməkdə suçlayıb.

 

"Fatih Erbakan atasına xəyanət etdi. Getdi Ərdoğanla bərabər hərəkət etdi", - deyə o bildirib.

 

Qeyd edək ki, F.Erbakan əvvəlcə prezidentliyə namizədliyini elan etsə də, qeydiyyata alınmazdan əvvəl namizədliyini geri götürdüyünü açıqlayıb və "Cümhur İttifaqı"na qoşularaq AKP sədri Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyib. Onun partiyası parlament seçkilərində ittifaq çərçivəsində müstəqil proporsional siyahı ilə iştirak edib və 5 deputat yeri qazanıb. Partiya qatı dini mövqeyi və qadın hüquqları əleyhinə yanaşmalarına görə vaxtaşırı tənqid olunur.

 

Xatırladaq ki, Yenidən Rifah Partiyasının qopduğu Səadət Partiyası F.Erbakanın atası Necmettin Erbakanın liderliyi ilə Fəzilət Partiyası qapadıldıqdan sonra yaradılıb. AKP də Fəzilət Partiyası bağlandıqdan sonra Səadətə üzv olmayan kəsim tərəfindən formalaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi