Modern.az

Qətərin baş naziri və Taliban liderinin gizli görüşü

Qətərin baş naziri və Taliban liderinin gizli görüşü

31 May 2023, 16:42

Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Es-Tani ilə Taliban lideri Hibetullah Axundzadə arasında gizli görüş keçirilib.


Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


Görüş Əfqanıstanın xarici aləmə uyğunlaşmaq üçün atılan addım kimi dəyərləndirilib.

 

Məlumata görə, ABŞ prezidenti Co Bayden administrasiyası Qətərin Baş nazirinin Taliban lideri ilə görüşündən xəbərdar olub. 

 

İddiaya əsasən Qətər rəsmisi Axundzadəyə deyib ki, “qızların təhsil almasına və qadınların işə götürülməsinə qoyulan qadağalara son qoyulmalıdır”.

 

Mənbələr görüşün uğurlu keçdiyini, Axundzadənin beynəlxalq qurumlarla dialoq qurmağa müsbət yanaşdığını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir