Modern.az

Putin müharibəni uduzmayıb - Polşa prezidenti

Putin müharibəni uduzmayıb - Polşa prezidenti

31 May 2023, 17:33

Rusiya Prezidenti Vladimir Putin müharibəni uduzmayıb.

 

Modern.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda "The Wall Street Journal"a müsahibəsində deyib.

 

"Bu gün deyirlər ki, Vladimir Putin müharibəni uduzdu. Onun məğlubiyyəti isə Finlandiyanın NATO-ya qoşulmasıdır. Baxmayaraq ki, uzun illər fin xalqı neytrallıqdan əl çəkib-çəkməməkdə tərəddüd edirdi. Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibəni uduzmayıb", - deyə Duda bildirib.

 

O, həmçinin vurğulayıb ki, Rusiya ordusu Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxarılanda Putin uduzacaq.

 

"Bu arada Rusiya getdikcə daha çox səfərbər olur, iqtisadiyyatı hərbi müstəviyə keçir, təbliğat isə əhalini zombiləşdirir", - Prezident əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?