Modern.az

Zelenski Odessaya getdi - Nələr müzakirə edildi...

Zelenski Odessaya getdi - Nələr müzakirə edildi...

31 May 2023, 19:49

Ukrayna prezidenti Volodimir Zelenski Odessaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

 

Zelenski bölgədəki mövcud vəziyyətlə bağlı hərbi komandanlıq və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib.

 

İclasda Rusiya tərəfindən atəşə tutulması nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpası və onun stabil fəaliyyətinin təmin edilməsi, hərbi vəziyyət şəraitində əsas müəssisələrin yenidən işə salınması, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi və hərbçilərin reabilitasiyası məsələləri müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə