Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Əmir-Abdullahiyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurlar münasibətilə həmkarını təbrik edib.
Telefon danışığı zamanı ikitərəfli əlaqələr də müzakirə olunub.