Modern.az

Rusiya yenidən Kiyevi vurdu - Ölənlər və yaralılar var 

Rusiya yenidən Kiyevi vurdu - Ölənlər və yaralılar var 

1 İyun 2023, 08:00

Bu gecə Rusiya Kiyevə raket hücumlarını davam etdirib.

 

Modern.az xəbər verir ki, son 1 ayda Kiyevə edilən 18-ci hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

 

Hərbi Administrasiyanın bəyanatında deyilir ki, paytaxtın şərq kənarındakı Desnyanski rayonu, mərkəzə daha yaxın olan Dniprovkski rayonuna hücum olunub.

 

Kiyev rəsmiləri ikisi uşaq olmaqla 3 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını açıqlayıb. Şəhərin meri Vitali Kliçko 9 nəfərin xəstəxanada müalicəyə ehtiyacı olduğunu bildirib. 

 

Ukraynanın şərqində və Kiyevdə hava hücumu xəbərdarlığı təxminən bir saat ərzində qüvvədə olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım