Modern.az

Seçkinin yekun nəticələri bu gün elan olunacaq

Seçkinin yekun nəticələri bu gün elan olunacaq

Dünya

1 İyun 2023, 09:12

Bu gün Türkiyədə 28 mayda keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun rəsmi nəticələri elan olunacaq.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb.

 

Qeyd edək ki, 14 mayda keçirilmiş ilk turda heç bir namizəd 50%+1 həddinə çatmadığı üçün seçkilər ikinci tura qalıb.

 

İlkin məlumatlara görə, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan 52.18 faiz, "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlu isə 47.82 faiz səs yığıb.

Bu xəbər ilə bağlı
“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi