"Türkiyə ilə sərhədin açılması Ermənistan üçün faydalı olacaq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakimiyyətdə olan "Mülki Müqavilə" Partiyasının deputatı Xaçatur Sukiasyan deyib.
"Ermənistan yol ayrıcına və qovşağa çevrilə bilər. Bundan faydalana bilərik. Ölkədə iri müəssisələr işə başlaya bilər", - o əlavə edib.
Erməni deputat “FlyOne” aviaşirkəti üçün Türkiyə səması ilə uçuşlara qadağa qoyulmasına da münasibət bildirib: "Bu məsələni aviasiya orqanları, nazirlik avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir".