Modern.az

Lukaşenko Paşinyana sülh və harmoniya arzuladı - Ad günüdür

Lukaşenko Paşinyana sülh və harmoniya arzuladı - Ad günüdür

Dünya

1 İyun 2023, 11:48

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki,bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Lukaşenko iki ölkə arasında hərtərəfli tərəfdaşlığın inkişafına ümid etdiyini bildirib. O, Belarus-Ermənistan tərəfdaşlığının inkişafına, inteqrasiya birliklərində sıx əməkdaşlığa, beynəlxalq platformalarda strateji əməkdaşlığa yönəlmiş konstruktiv dialoqun davam etdiriləcəyinə ümid etdiyini qeyd edib.

 

"Aleksandr Lukaşenko Nikol Paşinyana məsuliyyətli işində yeni uğurlar, cansağlığı, xoşbəxtlik, sülh və harmoniya arzulayıb", - məlumatda deyilir.

 

Qeyd edək ki, 1975-ci ildə Tavuş vilayətinin İcevan şəhərində anadan olan Paşinyanın bu gün 48 yaşı olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi